"Nə üçün Rusiya ilə yaxınlaşdıq?.." - Ərdoğandan şok açıqlamalar
Dünya
09:55 / 07.03.2019
3039
"Biz Suriyaya terroristləri qovmaq üçün girdik. Afrin əməliyyatında da məqsəd bu idi, İdlibə doğru atdığımız addımların da hədəfi budur".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanalların birinə müsahibəsində deyib.
Türk lider sözünə belə davam edib: "Rusiya ilə əməkdaşlığımız, ABŞ-la müzakirələrimiz də terror qruplarının məhvi ilə bağlıdır. ABŞ-ın bu mövzuda zaman-zaman yol verdiyi bir səhv var. Kürdləri vurmayın söyləyirlər. Mən bu barədə Donald Trampa açıq dedim: Hörmətli prezident, biz kürdlərlə müharibə aparmırıq, biz terrorla mübarizədəyik. Onların arasında fransız, alman, ingilis də ola bilər..."
Rusiyadan S-400 raketlərinin alınması məsələsinə toxunan Rəcəb Tayyib Ərdoğan bu işin bitdiyini deyib: "Kredit şərtləri danışıldı, ortaq istehsal məsələsinə qədər müzakirə olundu, razılaşdıq, imzalar atıldı, bitdi. Geriyə qayıdış qətiyyən mümkün deyil. Bu, əxlaqsızlıq olar".Teleqraf