Dünyanın ən bahalı TƏK avtomobili

Maraqlı
08:25 / 07.03.2019
3696
Fransanın "Bugatti” avtomobil şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.
Sfera.az xəbər verir ki, şirkətin yaranmasının 110 illiyi münasibətilə istehsal edilmiş "La Voiture Noire” lüks avtomobilinin qiyməti 11 milyon avroya bərabərdir.
Qeyd olunur ki, bu modeldən yalnız bir avtomobil istehsal olunub.
Bu avtomobilin artıq alıcısının olduğu deyilr.