Nərgiz Paşayeva Moldova Elmlər Akademiyasının diplomu ilə təltif edilib - FOTO

Nərgiz Paşayeva Moldova Elmlər Akademiyasının diplomu ilə təltif edilib -  FOTO

Azərbaycanın Moldovadakı səfirliyinə Moldova Elmlər Akademiyasının (EA) prezidentindən ilk dəfə olaraq Bakıda keçirilən 47-ci Beynəlxalq kimya olimpiadasının iştirakçılarına təbrik məktubu daxil olub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Moldova EA-nın prezidenti, akademik, kimya elmləri doktoru, professor George Duka məktubda məmnunluqla bildirib ki, 47-ci Beynəlxalq kimya olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında keçirilməsi haqqında qərar 2012-ci ildə Vaşinqtonda təşkil olunan 44-cü Beynəlxalq kimya olimpiadasının münsiflər heyəti tərəfindən qəbul edilib. O, həmçinin qeyd edib ki, 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində 46-cı Beynəlxalq kimya olimpiadasının bağlanışı mərasimində müsabiqənin bayrağı 47-ci olimpiadanın təşkilatçısına – MDU-nun Bakı filialına verilib və Rusiyadan sonra Azərbaycan MDB məkanında Beynəlxalq kimya olimpiadası keçirən ikinci ölkədir.

Məktubda MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın xidmətləri də xüsusi vurğulanıb.

Akademik G.Duka belə genişmiqyaslı tədbirin hazırlanması və keçirilməsi sahəsində böyük təşkilatçılıq fəaliyyətinə görə professor Nərgiz Paşayevaya Moldova EA adından səmimi minnətdarlığını bildirib və onun Moldova EA-nın diplomu ilə təltif olunduğunu qeyd edib.


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...