Səudiyyə taxtında böhran: Kral oğluna etibar etmir
Dünya
16:33 / 06.03.2019
2977
Camal Qaşıqçı cinayəti, Yəməndəki müharibə və rəhbərliyə qarşı etirazlar mövzusunda Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə oğlu vəliəhd şahzadə Məhəmməd bin Salman arasında ciddi fikir ayrılığı yaranıb. Bu barədə "The Guardian" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, kral və vəliəhd şahzadə arasında gərginlik Qaşıqçı cinayətindən sonra üzə çıxıb. 83 yaşlı kralla oğlu arasında gərginliyin davam etməsi Salmanın fevral ayında Misirə səfəri zamanı daha da dərinləşib. Səudiyyə kralı oğluna bağlı mühafizəçilərin ona qarşı sui-qəsd hazırlayacağından ehtiyatlanaraq onları dəyişib. Şahzadəyə sadiq olduğudeyilən 30 nəfərlik təhlükəsizlik qrupu işdən çıxarılıb.
Tərəflər arasında söz-söhbətləri sübut edən daha bir fakt Kral Salmanın Misirə qayıtması zamanı oğlunun qarşılama komitəsinə daxil edilməməsi olub. Bu hal Səudiyyə qanunları və protokollara ziddir.
Kralın Misirdə səfərdə olarkən vəliəhd şahzədanin ilk dəfə atasının yerinə fərman imzalayaraq qardaşı şahzadə Xalid bin Salmanın əvəzinə şahzadə Rimanı Səudiyyə Ərəbistanının ilk qadın səfiri olaraq Vaşinqtona təyin etməsi narazılığı bir qədər də artırıb. Bu təyinat düşünülmüş olsa da, krala qərar barədə məlumat verilməyib və o, televiziyadan bunu öyrənib.
Vəliəhd şahzadə bin Salmanın Kəbənin damına çıxması, yerli din adamlarının etirazı və krala şikayət etməsi ilə nəticələnib. Kral Əbdüləzizlə şahzadə Salman arasında Yəməndəki döyüş əsirləri, Əlcəzair ilə Sudandakı hökumət əleyhinə etirazlar mövzusunda da fikir ayrılığı mövcuddur.FaktXəbər