"Xoşbəxtlikdən Azərbaycanla çox gözəl əlaqələrimiz var"
Dünya
20:38 / 06.03.2019
4359
İran Prezidenti Həsən Ruhani Gilan əyalətinə səfər edib.
Səfər zamanı xalqın qarşısında çıxış edən Həsən Ruhani bölgədə baş verən hadisələrə və iqtisadi-siyasi əlaqələrə toxunub.
Həsən Ruhani bu gün təməli atılacaq, İran və Azərbaycan arasındakı Rəşt-Astara dəmir yolu layihəsinin əhəmiyyətindən danışıb: "Gilanın dörd böyük ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla qonşu olması böyük üstünlükdür. Bu dörd qonşu ölkə ilə yaxın dostluq münasibətləri İrana, xüsusilə də Gilan əyalətinə iqtisadi cəhətdən müsbət imkanlar verir". Həsən Ruhani, həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycan hökumətinin köməyi və iştirakı ilə həyata keçiriləcək:
"Bu, Afrika, Asiya, Şərqi və Şimali Avropadakı onlarla dövləti bir-birinə bağlayan çox əhəmiyyətli dəmir yolu layihəsidir. İrandan uzaq düşən ölkələr özləri günahkardırlar. Xoşbəxtlikdən Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla çox gözəl əlaqələrimiz var."