Tonoyan: "Müharibəyə daima hazır olmaq lazımdır"

Tonoyan:
Bu gün "Yerablur"da jurnalistlərlə keçirilən söhbət zamanı Ermənistan Müdafiə naziri Davit Tonoyan, "Müharibəyə daima hazır olmaq lazımdır, çünki hələ danışıqlar prosesi başa çatmayıb"- deyə bildirib.
 
  "Əgər rəqib bizi bu cür vəziyyət daxilində qoyaraq, "Hücum edəcəyik, mübarizə aparacağıq, torpaqlarımızı azad edəcəyik" - deyirsə, müdafiə naziri öz cəmiyyətinin və Silahlı Qüvvələrinin mənəvi-psixoloji vəziyyətini yüksəldir", - deyə Tonoyan bildirib.    
 
 Erməni jurnalistin, "Cəmiyyətin müharibəyə hazırlaşması doğrudurmu?" sualına Tonoyan bu şəkildə cavab verib: "Müharibəyə daim hazır olmaq lazımdır". Ordu.az

OXŞAR XƏBƏRLƏR