Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI: Danışıqlarda...

Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI: Danışıqlarda...
Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşıdakı danışıqlarda Dağlıq Qarabağ konfliktinin həll formatı da müzakirə ediləcək.
 
Bu haqda Nikol Paşinyan martın 5-də Brüsseldə Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Xanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Siz bilirsiniz ki, bizim əlaqələrimiz qeyri-formal xarakter daşıyırdı. Faktiki olaraq, biz Dağlıq Qarabağ probleminin nizama salmasının incəlikləri və metodları haqqında heç danışmırdıq. Bizim qarşıdakı görüşümüz həmçinin danışıqların formatının müzakirəsinə həsr ediləcək. Biz hesab edirik ki, problemin nizama salması üçün ilk növbədə effektiv formatı yaratmaq, ilk növbədə Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır”, - erməni baş naziri qeyd edib.
Yohannes Xan isə öz növbəsində münaqişənin nizama salınması üzrə mövcud formatın saxlanılmasına ehtiyacı olduğunu bildirib. Avrokomissar Paşinyanın hökumət başçısı olduğu müddətdə Xarici İşlər Nazirliyinin başçıları səviyyəsində Azərbaycan və Ermənistan arasında danışıqları irəliləyiş adlandırıb.publika

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...