Bank BTB bütün Ödəniş kartları üzrə tarifləri endirdi

Bank BTB bütün Ödəniş kartları üzrə tarifləri endirdi
Bank "BTB” ASC bütün növ Ödəniş kartları üzrə qiymətlərini 40%-dək endirib. VİSA və ya MasterCard ödəniş kartlarının növündən aslı olmayaraq müştərilərə daha sərfəli qiymətlərlə təqdim ediləcək. 
 
12, 24 və ya 36 ay müddətinə və AZN/USD/EUR valyutalarında təklif olunan Classic, Gold və ya Platinum kartlarının qiyməti növündən və müddətindən asılı olaraq 15-50 AZN arasında dəyişir. Ödəniş kartları üzrə tariflərlə Bank BTB-nin saytında bu link (//www.btb.az/az/cards) vasitəsilə ətraflı tanış ola bilərsiniz. 
 
Bundan əlavə qeyd etmək lazımdır ki, əmək haqqı statuslu kartların da qiymətləri endirilib. 
Əlavə olaraq, Bank BTB-nin ödəniş kartları universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü həm ölkə daxilində həm də dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə və ya onlayn ödəniş etmək imkanı verir. 
 
Ödəniş kartlarının üstünlükləri bununla yekunlaşmır.  Bank BTB-nin ödəniş kartlarının təqdim etdiyi "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change", "3D Secure", "İnternet Banking” və "Mobil Banking” xidmətləri kart sahiblərinin işini asanlaşdırır.
Yenilənmiş şərtlərlə ödəniş kartı əldə etmək istəyən müştərilər Bank BTB-nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.
Bank "BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə,  www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.




OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...