Vaşinqton Türkiyəni hədələdi: "Rusiyadan "S-400" alınsa..."

Vaşinqton Türkiyəni hədələdi:
ABŞ Dövlət Departamenti bildirir ki, Türkiyəyə Rusiyadan raket müdafiə sistemi almaq planlarıyla bağlı xəbərdarlıq edib. Departamentin sözçüsü Robert Palladino martın 5-də deyib ki, Türkiyə Rusiyadan "S-400” sistemi alarsa, Vaşinqton onun qabaqcıl F-35 qırıcı təyyarə proqramına çıxışını yenidən nəzərdən keçirə bilər.

Bu açıqlamadan öncə, elə martın 5-də ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Curtis Scaparrotti Senatın Silahlı xidmətlər komitəsində oxşar fikir səsləndirib: "Bu, bütün təyyarələrimiz, özəlliklə F-35 üçün problem yaradır”.

ABŞ Türkiyəyə 100 son, beşinci nəsil F-35 qırıcısı satmağa razılaşsa da, indiyədək yalnız ikisini çatdırıb. Konqres ötən il təyyarələrin satışını dayandırıb. Vaşinqton onu da bildirib ki, Türkiyəyə "Patriot” raket müdafiə sistemi satmaq təklifini geri götürə bilər.

Rusiya mediasının ötən ay yazmasına görə, Türkiyə 2,5 milyard dollara dörd "S-400” komplekti almaq istəyir. NATO və ABŞ rəsmiləri ondan narahatdır ki, Türkiyənin Rusiya sistemi əldə etməsi ona məxfi NATO texnologiyasına çıxış vermiş olar. (azadliq.org)

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...