Azərbaycandan Rusiyaya gedən minivanın 6 sərnişini yol qəzasında ölüb - VİDEO

Azərbaycandan Rusiyaya gedən minivanın 6 sərnişini yol qəzasında ölüb - VİDEO
Azərbaycandan Moskvaya gedən minivanın Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.
 
Məlumata görə, "Mercedes" markalı minivan Azərbaycandan Moskvaya özəl reys həyata keçirərkən qarşı zolağa çıxan yük maşını ilə toqquşub.
Qurumun məlumatında göstərilir ki, yaralılar Nevinnomısk xəstəxanasına çatdırılıblar."Report" 
 


OXŞAR XƏBƏRLƏR