“Real”dan biabırçı məğlubiyyət, “Tottenhem” səfərdə də sevindi

“Real”dan biabırçı məğlubiyyət, “Tottenhem” səfərdə də sevindi
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn ilk iki komanda bəlli olub.

Madrid "Real”ı Hollandiyanın "Ayaks” klubunu qəbul edib. Amsterdamda 2:1 hesablı qələbə qazanan ispaniyalılar ev matçında bu üstünlükdən yararlana bilməyib. "Kral klubu" əksinə, heç kimin gözləmlədiyi halda darmadağına üzülüb. "Ayaks" mərhələni 4:1 hesablı qələbə ilə keçib.

Dortmund "Borussiya”sı da çətin vəzifənin öhdəsindən gələ bilməyib. İngiltərədə "Tottenhem”dən 3 cavabsız qol buraxan Bundesliqa təmsilçisi doğma azarkeşlər önündə də tək qola üzülüb.

Çempionlar Liqası, 1/8 final
5 mart
 

"Real” (İspaniya) – "Ayaks” (Hollandiya) - 1:4

Asensio, 70 - Ziyeç, 7, Neres, 19, Tadiç, 62, Şöne, 72

Madrid. "Santyaqo Bernabeu” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)

İlk oyun – 2:1

"Real”: 25. Tibo Kurtua, 2. Dani Karvaxal, 5. Rafael Varan, 6. Naço, 8. Toni Kroos, 9. Karim Benzema, 10. Luka Modriç, 14. Kazemiro, 17. Lukas Vazkez, 23. Serxio Requlyon, 28. Vinisius Junior

"Ayaks”: 24. Andre Onana, 4. Mattiys De Liqt, 6. Donni Van de Bik, 7. David Neres, 10. Duşan Tadiç, 12. Nusair Mazraoui, 17. Deyli Blind, 20. Lasse Şöne, 21. Frenki De Yonq, 22. Hakim Ziyeç, 31. Nikolas Talyafiko

"Borussiya” (Dortmund, Almaniya) – "Tottenhem” (İngiltərə) - 0:1

Keyn, 49

Dortmund. "Siqnal İduna Park” stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:3

"Borussiya”: 1. Roman Burki, 4. Abdu Diallo, 7. Jadon Sanço, 9. Pako Alkaser, 10. Mario Götze, 11. Marko Roys, 13. Rafael Gerrero, 16. Manuel Akanji, 27. Marius Volf, 28. Aksel Vitsel, 33. Julian Vayql

"Tottenhem”: 1. Huqo Lloris, 4. Tobi Alderveyld, 5. Yan Vertongen, 6. Davinson Sançez, 7. Hon Min Son, 8. Harri Vinks, 10. Harri Keyn, 17. Musa Sissoko, 23. Kristian Eriksen, 24. Serxi Orue, 33. Ben Deyvis

Qeyd edək ki, 1/8 finalın digər iki cavab oyunu martın 6-da keçiriləcək. PSJ (Fransa) "Mançester Yunayted”lə (İngiltərə), "Porto” "Roma” ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...