İsrail baş naziri Azərbaycanı Əfqanıstanla səhv saldı –Kuryoz

İsrail baş naziri Azərbaycanı Əfqanıstanla səhv saldı –Kuryoz
Diplomatik uğurları ilə öyünən İsrail baş naziri çıxışında Azərbaycan əvəzinə, Əfqanıstan deyib.

Martın 4-də Benyamin Netanyahu "Likud” Partiyasından olan tərəfdarları qarşısında nitq söyləyərkən, bir sıra ölkələrin paytaxtlarına səfərindən söz açıb. "Pekin, Tokio, Rio-de-Janeyro və Dehlidə dünya liderləri ilə görüşdüyüm zaman. Yaxud Çad, Oman, Əfqanıstan, Qazaxıstan, Avstraliya və Sinqapurda… bütün İsrail vətəndaşılarını təmsil etməkdən qürur duyuram”.
Baş nazirin Əfqanıstanın adını çəkməsi hamını təəccübləndirib. Çünki İsrailin Əfqanıstanla diplomatik münasibətləri mövcud deyil.

Hətta xəbər agentlikləri əvvəlcə söhbətin Kabula gizli səfərdən getdiyini güman edib.

Səhvini sonradan anlayan Netanyahu açıqlama verib. "Mən Azərbaycanı nəzərdə tuturdum, ancaq kim bilir, bəlkə də növbəti dövrdə…” – deyə baş nazir şəxsi "Twitter” hesabında yazıb.

Netanyahunun siyasi coğrafiyanı səhv salması ilk dəfə deyil. Ötən ilin dekabr ayında o, arvadının Nikaraquada rəsmi səfərdə olduğunu deyib. Halbuki Sara Netanyahu Qvatemalada olub.

Netanyahu, həmçinin başqa bir ölkəni Əfqanıstanla qarışdıran ilk İsrail siyasətçisi deyil. 2016-cı ildə müxalifət lideri İshaq Hersoq Portuqaliyanı Avropa futbol turnirində qələbə münasibətilə təbrik edərkən, Əfqanıstn bayrağından simvol kimi istifadə edib.Strateq.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...