Azərbaycanda ana və körpə ölümlərinin statistikası açıqlandı

Azərbaycanda ana və körpə ölümlərinin statistikası açıqlandı

Azərbaycanda 2018-ci ildə körpə və ana ölümünə dair göstəricilər açıqlanıb.

Sfera.az ONA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2016-cı ildə respublikada körpə ölümü göstəricisi 11,4 promilli, 2017-ci ildə 11,1 promilli idisə, 2018-ci ildə bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.

Ana ölümünə gəlincə, 2017-ci ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olduğu halda, 2018-ci ildə bu göstərici 12,2-yə enib.


OXŞAR XƏBƏRLƏR