Saxta qızıl satan 125 nəfər həbs edildi

Saxta qızıl satan 125 nəfər həbs edildi
Türkiyə polisi saxta qızıl ticarəti ilə məşğul olan 125 nəfərlik cinayətkar qrupu həbs edib.
 
Sfera.az xəbər verir ki, mütəşşəkil qrup Türkiyə ərazisində, eləcə də Gürcüstan və Azərbaycan ərazisinə qızıl satmaqla məşğul olub.  Türkiyə  polisinin ümümilikdə  11 şəhərdə  apardığı əməliyyatlar zamanı 125 nəfər həbs edilib.
 
Dəstənin daha 47 üzvü haqqında axtarış elan edilib. Saxta qızıl satanlar öz məhsullarını Türkiyədə hazırlayaraq Orta Asiya ölkələrinə və Cənubi Qafqaz ölkələrinə satdığı məlum olub. Türkiyə polisinin verdiyi məlumata görə həbs edilənlər içərisində gürcü və azərbaycanlılar da var. 


OXŞAR XƏBƏRLƏR