Futbolçu saqqal əkdirdiyi üçün oynaya bilmir
21:08 / 04.03.2019
5145
Fransanın "Bordo" klubunun futbolçusu Yunus Sankare saqqal əkdirdikdən sonra yaranan problemlərə görə bir aya yaxındır meydana çıxa bilmir.
Səhv tibbi müdaxiləyə görə 30 yaşlı yarımmüdafiəçinin bir neçə dəfə hərarəti qalxıb. Seneqallı oyunçu son olaraq fevralın 9-da meydanda olub.
Qeyd edək ki, Yunus Sankare 2017-ci ilin yanvarında "Bordo"ya keçib. Cari mövsüm 18 oyunda meydanda olan yarımmüdafiəçi üç məhsular ötürmə ilə yadda qalıb.