Məmmədyarov Buxarest bəyannaməsini imzaladı - DETALLAR

Məmmədyarov Buxarest bəyannaməsini imzaladı - DETALLAR
Buxarestdə Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın xarici işlər nazirlərinin görüşü keçirilib.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dördtərəfli görüşdən sonra Xəzər dənizi - Qara dəniz nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı birgə bəyannamə imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Rumıniya XİN rəhbəri Teodor Meleşkanu imzalayıblar. 

İmzalanma mərasimində nazirlər Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd ediblər. 

Bildirilib ki, iki dənizi birləşdirən mövcud nəqliyyat şəbəkələri arasındakı bu marşrut Avropanı Mərkəzi Asiya ilə birləşdirən ən qısa və iqtisadi cəhətdən effektivdir.

Tərəflər vurğulayıblar ki, Avropa İttifaqının üzvü olan Rumıniyanın da layihədə iştirakı təşkilata gələcəkdə nəqliyyat dəhlizinin inkişafında fəal iştirakına stimul verəcək.

Rumıniya XİN başçısı Teodor Meleşkanu bildirib ki, Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizi bu ilin yayında təsdiqlənəcək Aİ-Mərkəzi Asiya Əməkdaşlıq Strategiyasında əhəmiyyətli yer tutacaq.

Dəhlizin inkişaf etdirilməsi məqsədilə ekspertlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup texniki aspektlərin razılaşdırılması və prosedurların optimallaşdırılması istiqamətində iş aparacaq ki, bu da tariflərin uyğunlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsinə imkan verəcək.

Qeyd edək ki, Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizi ilə bağlı ilk danışıqlar ötən il baş tutub. 2018-ci ilin oktyabrın 24-25-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib. / Report

OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...