Ermənistanda yeni müharibə qorxusu - FOTOLAR

Ermənistanda yeni müharibə qorxusu -  FOTOLAR

Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəbhə xəttində baş verən gərginlik barədə açıqlama verib və yenə sərsəmləyərək Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib. 

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, o, Azərbaycan tərəfinin çox gücləndiyini etiraf edib və ordunun son günlərdə fəallaşmasını ölkə daxilindəki problemlərlə əlaqələndirib. Amma Azərbaycanda hansı problemin olduğu barədə heç nə deyə bilməyib. 

Təbii ki, onun bu iddiası Ermənistanın məğlubiyyətlə üzləşməsini ictimaiyyətdən gizlətmək məqsədi daşıyır. Belə olmasaydı, o, bu gecə törətdikləri təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınmasından və ən azı 5 nəfər itki verməklə geri çəkilməklərindən söz açardı.

S.Ohanyan jurnalistlərə növbəti dəfə yalan söyləyərək deyib ki, son günlərdə sərhəd zonasında və cəbhə xəttində gərginlik müşahidə olunur, atəş səsləri güclənib: 

"Rəqib tərəf yalnız Dağlıq Qarabağ ərazisini güllələmir, həm də Ermənistanın digər sərhəd məntəqələriniböyuk kalibrli minaatanlardan atəşə tutur." 

Erməni nazir Azərbaycan tərəfinin fəallığını özünəməxsus şəkildə izah edib. Onun sözlərinə görə, rəqibin gərginliyi artırmasının bir çox səbəbləri var. Buna daxili siyasət və beynəlxalq proseslər daxildir. İndi regionda və beynəlxalq səhnədə müşahidə olunan hadisələr, eləcə də Azərbaycandakı daxili siyasət və iqtisadi şərait cəbhə xəttində gərginliyin artmasına təsir göstərir. 

O, erməni xalqına müraciət edərək, Azərbaycanın bu fəallığından təlaş keçirməməyə, insanları arxayın olmağa çağırıb: 

"Heç kim heç nədən qorxmasın. Erməni ordusu qarşısında qoyulmuş bütün məsələni yerinə yetirir və sülhü təmin etmək gücündədir. Dağlıq Qarabağ ərazisinə və Ermənistan sərhədlərinə erməni bölmələri tərəfindən nəzarət edilir. Bu gün erməni əsgərində güclü döyüş ruhu var, bütün silahlı bölmələrdə mənəvi-psixoloji vəziyyət normaldır, onlar əvvəldən qarşıya qoyulmuş məsələləri yerinə yetirirlər".

Görəsən, erməni nazir hansı döyüş ruhundan, hansı ordudan, gücdən danışır. Seyran Ohanyanın bu ağızdolu çıxışını anlamamaq mümkün deyil. Çünki bu ölkədə vəziyyət olduqca çətinləşib, anlar övladlarını əsgər göndərmək istəmirlər. Bundan əlavə, orduda xidmət etmək üçün insan çatmır. Gənclərin əksəriyyəti müxtəlif bəhanələrlə ölkəni tərk ediblər. Maraqlıdır ki, indi Ermənistan prezidenti Serj Sarkisyan da ölkəni tərk edib. O, qısamüddətli məzuniyyət adı ilə xaricə qaçıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti bildirib, amma hara getdiyini deməyib.

Digər tərəfdən, erməni nazir qabaqdangəlmişlik edərək beynəlxalq aləmin diqqətinə çatdırmağa çalışır ki, guya Azərbaycan atəşkəsi pozur. Halbuki, hər gün ermənilər atəşkəsi pozurlar. Məsələn, iyulun 24-dən 25-nə keçən gecə ermənilər Dağlıq Qarabağa aidiyyəti olmayan ərazini, Gədəbəy rayonunu atəşə tutub. 

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəkəs rejimini102 dəfə pozub. Ümumiyyətlə, erməni silahlı bölmələri cəbhə bölgəsinin müxtəlif istiqamətlərində iyulun 20-dən 26-dək atəşkəs rejimini 488 dəfə pozub. 


OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlıQƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...