Fransada park və qəbiristanlıqlar ziyarət üçün bağlandı

Fransada park və qəbiristanlıqlar ziyarət üçün bağlandı
Parisdə park və qəbiristanlıqlar ziyarət üçün bağlanıb.

Sfera.az bildirir ki, buna səbəb əlverişsiz hava şəraitidir.

Fransa paytaxtının meriyası şəhər sakinlərinə güclü küləklə əlaqədar xəbərdarlıq edib: "Parklar, bağlar və qəbiristanlar bağlıdır".

 

Küləyin sürətinin saatda 110 km-ə, Atlantik okeanı sahillərində isə 130 km-ə çatacağı gözlənilir.

Hava şəraitinin dəniz, hava və dəmiryol nəqliyyatının işinə təsir göstərə biləcəyi deyilir.


OXŞAR XƏBƏRLƏR