UniBank rəsmisi problemli kreditlərlə bağlı verilmiş fərmandan danışdı

İkinci və əsas məsələlərdən biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər. Bura İT resursları, digər xərclər, əmək haqqı və s. daxildir. Deyə bilərəm ki, bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq.
Üçüncü və ən vacib məsələlərdən biri, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar haqda müştərilərdə yaranan neqativ auranın aradan qalxmasıdır. Çünki kifayət qədər problemli kredit, insanların əmək haqqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu problemlərin Cənab Prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcəkdir. Kompleks baxdıqda, qeyd etdiyim neqativ aura, həm əməliyat xərcləri, həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün likvidlik dəstəyi- yəni bu kömək paketi bütöv iqtisadiyatı əhatə etmiş olur və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacaq”.