Qonşu ölkədə alkoqollu içkilər və tütün bahalaşıb

Qonşu ölkədə alkoqollu içkilər və tütün bahalaşıb
Gürcüstanda fevral ayında inflyasiya 0,3% təşkil edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

İllik inflyasiya isə 2,3%-ə bərabər olub.

Ötən ay ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 0,1%, alkoqollu içkilər və tütünün qiyməti 6,7% artıb, geyim və ayaqqabıların qiyməti isə 4,6% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,9%, alkoqollu içkilər və tütünün qiyməti 16,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 2% artıb.


OXŞAR XƏBƏRLƏR