Qayınata gəlinini güllələdikdən sonra başını kəsib - TƏFƏRRÜAT
Bu gün Qusar rayonunda gəlini ilə mübahisə edən qayınata onu güllələyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub, hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng götürülüb.
***
Gəlinini ov tüfəngi ilə güllələyən kişi atəş açıdıqdan sonra onun başını kəsib.
Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ans press-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev bölgə müxbirimizə açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.
1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açıb. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsib. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olub. //“Qafqazinfo”
Sfera.az