Xuan Quaido ölkəsinə qayıtsa tutulacaq
Dünya
08:34 / 04.03.2019
1578
Venesuela müxalifətinin lideri Xuan Quaido sərhədi keçəcəyi və ölkəyə qayıdacağı təqdirdə saxlanılacaq.
Sfera.az "Report”a istinadən xəbər verar ki, bunu Varqas ştatının qubernatoru Xose Luis Qarsia Karneyro deyib.
O, Uqo Çavesin yaxın silahdaşlarından biri olub, 2004-2011-ci illərdə Venesuelanın müdafiə naziri vəzifəsini tutub və Venesuela Silahlı Qüvvələrində geniş əlaqələrini saxlayıb.
"Venesuela Ali Məhkəməsi ona ölkədən çıxmağı qadağan etmişdi, lakin o, bu qadağanı pozdu. Məhkəmənin qərarına görə, əgər o, sərhədi keçməyə cəhd göstərərsə, onu tutmalıdırlar", - deyə Karneyro Quaidonun onun nəzarəti altında olan ştata qayıdacağı təqdirdə nə baş verəcəyinə dair sualı cavablandırarkən bildirib.