“Qalatasaray” yenə qalib gələ bilmədi

“Qalatasaray” yenə qalib gələ bilmədi

Türkiyə Super Liqasında XXIV tur davam edir. Bu gün 3 qarşılaşma baş tutub.

Günün ilk oyununda "Konyaspor” "Göztəpə” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1.

Lider "Başakşəhər” Malatya səfərindən qələbə ilə dönüb. İstanbullular 2 cavabsız qola sevinib. Əmrə Bəlözoğlu və Viska komandasına 3 xalı qazandırıb.

Liderin əsas izləyicisi son çempion "Qalatasaray” isə Ərzurum səfərində xal itirib. "Cimbom” çətin oyundan sadəcə 1 xal əldə edə bilib – 1:1. Liderlə xal fərqinin 8-ə çıxması ilə "sarı-qırmızılar” çempionluq yarışından bir az uzaq düşüblər.


Türkiyə Super Liqası


XXIV tur


"Konyaspor” – "Göztəpə” – 1:1


Filipoviç, 18 – Yasin, 54


"Malatyaspor” – "Başakşəhər” – 0:2


Əmrə Bəlğzoğlu, 44 (pen.), Viska, 57


"Ərzurumspor” – "Qalatasaray” – 1:1


Raşad, 18 – Belhanda, 52



OXŞAR XƏBƏRLƏR