Futbolda inqilab: Artıq futbolu başqa qaydalarla oynayacaqlar

Futbolda inqilab: Artıq futbolu başqa qaydalarla oynayacaqlar
Qərar IFAB-ın 133-cü illik yığıncağında qəbul olunub

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişikliklər edib.
Bu barədə qərar IFAB-ın 133-cü illik yığıncağında qəbul olunub.

Dəyişikliklər bunlardır:

1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa cəzalanacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;

3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;

4. Topa digər komandanın oyunçusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cərimə meydançasını tərk etməli olduğuna dair qayda ləğv edilib;

5. Hücum edən komandanın oyunçularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsini yerinə yetirən komandanın oyunçuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdırlar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

Qeyd edək ki, qaydalardakı dəyişikliklər iyunda qüvvəyə minəcək.

Daha əvvəl bildirilirdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası martda təsadüfən əl ilə oynamağa görə cəzanın tətbiq olunması məsələsini müzakirə edəcək.sputnik

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...