Paşinyanın cavabını bütün Təbriz verdi- VİDEO
21:59 / 02.03.2019
5541
Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində bir hərəkəti dünya azərbaycanlılarında kəskin qəzəb doğurub. Onun Tehranın mərkəzində yerləşən "Ararat" klubunda İrandakı erməni icması ilə görüşərkən salonda asılan "Qarabağ Ermənistanındır və son" şüarı hər kəsi yerindən oynadıb.
Təbrizlilər Paşinyanın və ermənilərin cavabını gecikdirməyib. İran çempionatının XX turunun ötən gün keçirilən "Traktorsazi" - "Sepahan" oyunu xalq etirazlarına səhnə olub. Oyunun gedişində bir neçə dəfə "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndirən onminlərlə soydaşımız Azərbaycanın dövlət bayrağını qaldırmaqla yanaşı, Ermənistan bayrağını yandırmağa da imkan tapıblar.
Qeyd edək ki, qarşılaşma "Traktorsazi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.