Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır – Ünvanlar

Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır – Ünvanlar

Novruz bayramı ilə əlaqədar olaraq bu gündən Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılır.

Sfera.az-ın məlumatına görə, Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.

S/s

Rayon

Ünvan

Sahəsi

(kv.m)

Qeyd

Binəqədi

7-ci mikrorayon, Kunanbayev küçəsi

1500

Xətai

Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi

2000

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi, Olimpiya İdman bazasının qarşısındakı sahə

2000

Nəsimi

Mərdanov Qardaşları küçəsi, 59

420

Nərimanov

F.X.Xoyski prospekti, Qələbə meydanı

5000

Pirallahı

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti

150

Sabunçu

Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 72

1800

Suraxanı

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsi, "Günəş" ticarət mərkəzi

900

Xəzər

Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2

500

Yasamal

H.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı park

600

Nizami

C.Naxçıvanski küçəsi, 74, 8-ci km yarmarkası

10000

Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, "Orbita" ticarət mərkəzinin avtomobil dayanacağı

600

Səbail

Seyran Məmmədov küçəsi, 6

200

Nizami küçəsi, 154, "Landmark" mehmanxanasının yanı

600




OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...