Xarici banklara yaşıl işıq yandıraq, ya yox? - ekspert hələ yox deyir

Xarici banklara yaşıl işıq yandıraq, ya yox? - ekspert hələ yox deyir
"Əslində xarici ölkə banklarının Azərbaycan daxilində rahat şəkildə fəaliyyət göstərmələri ümumi işin xeyrinədir. Bunun baş verməsilə həm rəqabət mühiti yaranar, banklar da bu əsasda kredit faizlərini aşağı salarlar”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda hələ də xarici bankların fəaliyyətinə qadağa qoyulmasına münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
 
Ancaq ekspertin fikrincə, xarici bankların indiki halda ölkəyə buraxılmasında bir əmma var. Belə ki, hazırkı durumda əcnəbi bankların ölkəmizdə fəaliyyətə başlaması A. Nəsirliyə görə, yerli bankların iflasına gətirib çıxaracaq:

"Xarici bankların gəlməsilə ölkə bankçılığı dünya bankçılığının bir hissəsinə çevrilə bilər. Lakin məsələ ondadır ki, istənilən dövlət və onun hökuməti xarici banklara yaşıl işıq yandırmamışdan qabaq ölkə daxilindəki bankların  sağlamlaşdırılması prosesini həyata keçirməli,  onların rəqabət qabiliyyətini yüksəltməlidir. Ölkə daxilində fəaliyyət göstərən banklar dünya standartlarına uyğun qurulmalı, inkişaf etməli, bundan sonra isə xarici bankların da buraxılması qənaətbəxş sayıla bilər. 
İndilikdə isə Azərbaycana xarici banklar buraxılsa, yerli bankların fəaliyyəti ümumiyyətlə iflic vəziyyətinə
düşə bilər. Həmin səbəbdən hökumət uzun illərdir xarici bankları yalnız yerli bankların vasitəçiliyilə bazara buraxır. Yerli vasitəçilik isə ölkə daxilində mövcud olan yerli nizamnaməyə uyğunlaşmaq deməkdir. Yəni ölkəmizə daxil olan xarici bank beynəlxalq standartlarla deyil, Azərbaycan standartları ilə işləməlidir. Ona görə də ölkənin qarşısında dayanan ilk vəzifə daxildə rəqabət qabiliyyətli fəaliyyətə malik bankların yaradılması məsələsidir. Yalnız bundan sonra xarici banklarla bağlı sözügedən qadağanı götürüb onları da ölkə daxilinə buraxmaq olar. Bu addım yalnız o halda ölkəmizə fayda gətirəcək. İndiki halda isə xarici bankların ölkəyə girişi yerli bankların çökməsi demək olacaq”.
 
Qeyd edək ki, bir sıra qonşu ölkələrdə yerli banklarla yanaşı xarici dövlətlərin bankları da fəaliyyət göstərir. Uzağa getməyək, qonşu Gürcüstanın bank sistemində hazırda İsveçrə, Almaniya, Böyük Britaniya, ABŞ-ın bir sıra tanınmış bankları iştirak edir. Bunun da nəticəsində həmin ölkədə ciddi rəqabət mühitinin formalaşması ilə kredit faizləri də çox aşağı həddədir. Azərbaycanda isə hələ də hökumət xarici bankların ölkəyə girişinə qadağa qoyub. Halbuki, onların burada fəaliyyət göstərməsilə həm ciddi rəqabət mühiti yaranar, həm də çox yüksək olan bank faizləri də aşağı salınardı. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...