Pakistan lideri Ərdoğandan kömək istədi - FOTO
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistan ilə Hindistan keçmişdə baş verənlərdən dolayı böyük problem yaşayır. Həmin problemin həlli üçün Pakistan yeni həmləyə əl atıb.
Xatırladaq ki, Pakistan lideri İmran Xan Hindistan ilə aralarında yaşanan gərginliyin azaldılması üçün Ərdoğana zəng edəcəyini söyləmişdi.
Qeyd edək ki, ötən gün Pakistanın sərhəddini pozan iki Hindistan təyyarəsindən biri Kəşmirdə Pakistan tərəfindən vurulub və təyyarədə olan 2 pilot və bir dinc sakin ölüb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan-Hindistan gərginliyi ilə bağlı verdiyi açıqlamasında bunları bildirib:
"Tərəfləri bir-birini anlamalamağa və itaətsizlik göstərməməyə çağırırıq. Gərginliyə yol açacaq addımlardan qaçılmalıdır. Bu gərginliyə yol açan əsas problem Kəşmir problemidir. Kəşmir illərdir həlli dondurulmuş mübahisəli bir məsələdir. Tez-tez iki ölkə arasında münaqişələrə yol açır. Kəşmir probleminin tez bir zamanda beynəlxalq hüquq və BMT-nin qərarları çərçivəsində həll edilməsi lazımdır ki, iki ölkə arasında davamlı olaraq münaqişələrə yol açan problem aradan qaldırılsın. Türkiyə olaraq gərginliyinazaldılmasında və Kəşmir daxil olmaqla bu problemin həllində hər zaman töhfə verməyə hazırıq. Bu müddət ərzində üzərimizə düşəni etməyə hazırıq. Bunu Pakistana bildirdik”.
Sfera.az