HUNER GROUP-DA MART ENDİRİMLƏRİ

HUNER GROUP-DA MART ENDİRİMLƏRİ

Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur. Kampaniya Huner Group-un inşaat layihələrindən biri olan Park Tower yaşayış kompleksində yerləşən mənzillər üçün nəzərdə tutulub. Tikintisi tamamlanan yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb.

Park Tower yaşayış kompleksi Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar prospektini əhatəyə alan Park rayonunda yerləşir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan dəniz mənzərəsini təmin edir. Park Tower yaşayış kompleksinin əlverişli yerləşməsi Nobel prospektinə rahat çıxış imkanı verir, oradan da eyniylə həm şəhərin mərkəzinə, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.

Ümumilikdə 20 000 m2 ərazini əhatə edən kompleksin 2 yeraltı mərtəbəsində 97 maşının dayanması üçün nəzərdə tutulan geniş parkinq sahəsi yerləşir. Binanın 1-ci mərtəbəsində reseption xidməti ilə təmin olunmuş 186 m2-lik geniş vestibül məkanın ümumi gözəlliyinə rəng qatır. 3-cü mərtəbədə yerləşən 2 000 m2-lik açıq park sahəsi isə binada yaşayan sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion, oyun meydançası və şahmat sahəsi yerləşdirilib.

20 mərtəbəli kompleksin hər mərtəbəsində 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir standartlara uyğun olaraq hazırlanıb. Mənzillər 2 otaqlı (64 m2), 3 otaqlı (162 m2), 4 otaqlı (190 m2) və 5 otaqlı (227 m2) olmaqla 4 tipdədir. Qeyd edək ki, Park Tower yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb və mənzillər təmirə hazır vəziyyətdədir.

Təklif 31 mart 2019-cu il tarixinə qədər keçərlidir.


OXŞAR XƏBƏRLƏR

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...