Elektron bankçılıq xidmətləri üzrə lider BANK

Elektron bankçılıq xidmətləri üzrə lider BANK
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının 2018-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində birgə keçirdikləri müsabiqənin nəticələri elan edilib. Azərbaycan Beynəlxalq Bankı "Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasında 1-ci yerin qalibi olub. 28 fevral 2019-cu il tarixində Mərkəzi Bankda keçirilən mərasimdə mükafat banka təqdim olunub.

Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq xidmətlərini mütəmadi olaraq inkişaf etdirir. Ölkədə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Bankın aktiv plastik kartlarının sayı 1 milyon 300 mindən çoxdur. 762 ATM-i ilə Azərbaycan Beynəlxalq Bankı ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda müxtəlif ticarət və xidmət mərkəzlərində bankın 12,250 POS-terminalı fəaliyyətdədir. Azərbaycan Beynəlxalq Bankı həm də ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, MasterCard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli elektron bank xidmətləri göstərir.

 

Bankın Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: "Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasının qalibi olmağımız bu istiqamətdə əldə etdiyimiz nəticələrə verilmiş yüksək qiymətdir. Biz bu sahədə layihələrimizi davam etdirməkdəyik. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına bundan sonra da öz töhfələrini verəcək”.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən,www.ibar.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçininrəsmi Facebook səhifəsindənəldə etmək olar.

 


OXŞAR XƏBƏRLƏR

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...