Kreditə görə məhkəməyə verilənlərə şad xəbər: işlər geri çəkilir

Kreditə görə məhkəməyə verilənlərə şad xəbər: işlər geri çəkilir
Borc yükünün şərtlərinin yüngülləşdirilməsi 17 min manat və 10 min dollaradək olan problemli kreditləri əhatə edir və bunların borc yükü 900 milyon manata yaxındır. Borc yükünün üzərinə hesablanan faizlər isə 750 milyon manatdır. Toplam indiki vəziyyətə vətəndaşların borc yükü 1 milyard 650 milyon manat təşkil edir.

Bu informasiyaları dünən Azərbaycan Dövlət Teveviziyasına müsahibəsində birinci vitse-prezidentin köməkçiləri Emin Hüseynov, Xalid Əhədov və prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov səsləndirib.

Emin Hüseynov bildirib ki, son tarixə əhali kateqoriyasında 17 min manata qədər olan borcalanlar say etibarilə problemli kreditlərin 99 faizini təşkil edir. 10 min dollaradək olan kreditlər üzrə say isə problemli kreditlərin 95 faizidir.

"Devalvasiyadan insanlar zərər çəkiblər, nəticədə, borcalanların böyük bir hissəsi bu çətinliklə yaşayırdılar. Artıq böyük bir kütlə bu proqramdan bəhrələnir. Devalvasiya və restruktrizasiyadan toplam olaraq 800 minə yaxın insan faydalanacaq”, - deyə E.Hüseynov qeyd edib.

Natiq Əmirovun sözlərinə görə, 750 milyon manatlıq faizdən toplanmış borc yükü tam silinəcək. Eyni zamanda, vətəndaşların bu gün məhkəmələrdə 616 milyon manat həcmində vəsaiti əhatə edən 311 mindən çox işi var. Bu, məhkəmələrə əlavə iş yükü yaradıb və icrasında da çətinlik ortaya çıxır:

"Bəzilərinin əməkhaqlarının tutulması və əmlaklarının satılması böyük maddi və mənəvi yük yaradırdı. Fərman imkan verəcək ki, 311 min iş məhkəmədən geri çəkilsin. Xarici valyutada olan kreditlər manata çevriləcək və bir hissəsi ləğvetmədə olan bankların hesabına, digəri isə dövlətdən ayrılan 682 milyon manat ucuz kreditlər hesabına ödəniləcək. Bu borc yükünün azaldılması isə nəticədə, ciddi iqtisadi təkana imkan verəcək”.

Xalid Əhədov qeyd edib ki, bu fərman öz əhatə dairəsinə və güzəşt şərtləri həcminə görə ən yaxşı şərtlər qoyur. Onun sözlərinə görə, dünya maliyyə böhranının nəticəsində neftin ucuzlaşması ilə bağlı olaraq milli valyutanın devalvasiyaya məruz qalması nəticəsində yaranan bu problemi həll etməklə ölkənin iqtisadi inkişafı sürətlənəcək.
 
oxu.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...