Kreditlərlə bağlı fərman bu şəxslərə şamil ediləcək - İQTİSADÇI RƏYİ

Kreditlərlə bağlı fərman bu şəxslərə şamil ediləcək - İQTİSADÇI RƏYİ
İqtisadçı Vüqar Bayramov "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin fərmanı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Ekspert açıqlamasında vurğulayıb ki, bu fərman yalnız dollar krediti olan fiziki şəsxlərə aiddir.

Yəni dollarla kredit götürmüş şirkət sahibi, hüquqi şəxs burada nəzərdə tutulan güzəştlərdən istifadə edə bilməz.  

Beləliklə, fərmanda söhbət yalnız 10000 dollaradək olan kreditlərdən gedir. Devalvasiyadan əvvəl bu məbləğ manatla 7 min 800 idisə, 2015-ci ildə olan birinci devalvasiyadan sonra 10 min 500 manat, hazırki vəziyyətdə isə 17 min manat edir.

Burada iki dövr nəzərdə tutulur: birinci 2012-ci ilin yanvarından 2015-ci ilin fevralın 21-dək olan kreditlər üzrə dövlət büdcəsindən 0,25 qəpik ödəniləcək. Yəni bu, o deməkdir ki, 10 min dollar götürən vətəndaş o zaman manatla 7800 borclu idisə, birinci devalvasiyadan sonra borcu 10 min 500 manat oldu.

"Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min dollarlıq kreditə 2500 manat güzəşt veriləcək. Bu halda o deməkdir ki, vətəndaş 10 500 manat deyil, səkkiz min manat hesablamaqla həmin krediti qaytaracaq.

İkinci devalvasiyadan sonra, yəni 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə hər dollara 60 qəpik güzəşt tətbiq ediləcək. Bu, o deməkdir ki, borc altı min manat azaldılacaq və əsas borc kimi 17 min manat deyil, 11 min manat əsas məbləğ olaraq ödəniləcək. Ödəniləcək maksimum məbləğ hər fiziki şəxs üzrə beş min dollardan çox olmamalıdır, faizlər isə silinəcək”.

Daha aydın olsun deyə, hər min dollar üzrə güzəşt mexanizmini təqdim edirik: 

Tutaq ki, müşətəri 2015-ci il fevralın 21-dək olan dövrdə bankdan 1000 dollar (780 manat) borc götürüb. 21 Fevral 2015-ci il tarisində devalvasiya nəticəsində Dollar/Manat məzənnəsi 1.05-ə yüksəldiyindən müştərinin banka borcu Manat ilə ifadədə 1050 manata yüksəlmişdi. Həmin borc uzrə artmış 270 manat borcun 250 manatı dövlət büdcəsindən ödəniləcəkdir (1 dollar borca görə 25 qəpik yardım).

Tutaq ki, müştəri 2015-ci ilin 21 Fevral tarixindən sonra (Amma 21 Dekabr 2015-ci il tarixinədək) 1000 dollar (1050 manat) kredit götürmüşdür. Məzənnə 1.70-ə qalxdığından borc da manat ilə ifadədə 1700 manata yüksəlmiş və müştərinin borc yükü 650 manat artmışdır. Artan 650 manatın 600 manatı dövlət büdcəsi hesabına ödəniləcəkdir (1 dollar borca görə 60 qəpik yardım).   

Qeyd edək ki, manatla olan digər hissənin ödənilməsi üçün banklar illik 1 faiz olmaq şərtilə, vətəndaşa beş il müddətinə manatla kreditlər veriləcək. Bu məqsədlə Mərkəzi Bank kommersiya banklarına 682 milyon manat kredit xətti açacaq.Fed.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...