Şenol Günəş yenidən Türkiyə millisində
16:48 / 28.02.2019
2836
Türkiyə millisi yeni baş məşqçisini rəsmən açıqlayıb.
Federasiya millini Şenol Günəşə tapşırdığını rəsmən açıqlayıb. 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Təcrübəli çalışdırıcı 1 iyul tarixindən işinə başlayacaq. O, bu postda Mirça Luçeskunu əvəz edib.
Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.
Qeyd edək ki, Şenol Günəş mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq.milli.az