“Aprel döyüşləri təkrarlana bilər” – Paşinyan müharibəyə təhrik edir/Şərh

“Aprel döyüşləri təkrarlana bilər” – Paşinyan müharibəyə təhrik edir/Şərh
"Ermənistan Baş naziri Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağdakı qondarma rejimin də daxil olduğu yeni formatın qurulmasına çalışır”.

Bunu  politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakında maraqlı olduğunu bir neçə dəfə açıqlayıb:

"20 il əvvəl bu məsələ gündəmdə olmuşdu. Azərbaycan onda bildirmişdi ki, belə olacağı halda Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlar prosesinə qatılmalıdır. Lakin tərəflər arasında bununla bağlı fikir ayrılığı olmuşdu. Buna görə də Azərbaycan və Ermənistan rəhbərlikləri ikitərəfli danışıqların aparılmasını razılaşdırdılar.

İndi yenə də Paşinyan bu qondarma rejimin təmsilçilərini danışıqlar prosesinə qoşmaq niyyətindədir. Əlbəttə, bu, Azərbaycan üçün qəbuledilməzdir. Hazırda digər variantlar müzakirə olunur. Əgər Ermənistan Qarabağın erməni icmasının danışıqlarda iştirakını istəyirsə, o zaman azərbaycanlı icmasının da danışıqlarda iştirakına etiraz etməməlidir. İndi bu məsələnin ətrafında danışıqlar gedir. Amma Ermənistan yenə də azərbaycanlı icmasının danışıqlarda yer almasını istəmir”.

İlqar Vəlizadə hesab edir ki, Ermənistan Azərbaycan tərəfindən qəbul edilməyən təkliflərində təkid etsə, münaqişə zonasında vəziyyət gərginləşə bilər:

"Bu halda birmənalı olaraq gərginlik artacaq. Müharibədən danışmaq istəmirəm, amma aprel döyüşlərinin təkrarlanması qaçılmaz olacaq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud formatın dəyişdirilməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirib.

O, bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istədiyini də bildirib.Teleqraf.com

OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...