ƏHALİNİN NƏZƏRİNƏ: kredit borclarınızı belə ödəyəcəksiniz - SİLİNƏN BORC VƏ DETALLAR

ƏHALİNİN NƏZƏRİNƏ: kredit borclarınızı belə ödəyəcəksiniz - SİLİNƏN BORC VƏ DETALLAR
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün əhalinin problemli kreditlərinin həll edilməsi ilə bağlı fərman verib. Hüquqi dildə yazılan fərmanda əhali üçün qaranlıq qalan bəzi məqamlar var. 

 ReAl Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərliyə prezidentin fərmanını şərh edib. N.Cəfərli bildirib ki, prezidentin imzaladığı fərman əhalinin böyük bir hissəsinin kreditlərlə bağlı problemini həll edəcək: "Hazırda ölkədə əhalinin təxminən 1,8 milyard manat kredit borcu var. Bu fərmanla əhalinin banklara mövcud borcunun yarıdan çoxunu dövlət öz hesabına ödəyəcək və əhalinin banklara 1 milyard manata yaxın borcu silinəcək”.


Ekspertin sözlərinə görə, banklara 10 min dollara və ya 17 min manata qədər borcu olan şəxslər əgər bu krediti 2015-ci ilin fevralında baş tutan birinci devalvasiyaya qədər götürmüşdülərsə, borclarını 1 dolların 0,78 manata olan ekvivalentində ödəyəcəklər, borcun qalan hissəsini isə banklara dövlət ödəyəcək: "Kreditlərini 2015-ci ilin dekabr ayında baş tutan ikinci devalvasiyadan əvvəl götürənlər də eyni qayda ilə 1 dolların 1,05 manata bərabər ekvivalentində borclarını ödəyəməyə davam edəcəklər və yerdə qalan hissə dövlət tərəfindən silinəcək”.

N.Cəfərli bildirib ki, ölkə başçısının bu fərmanı ilə fiziki şəxslərin banklara olan 1 milyard manata yaxın borcları dövlət tərəfindən silindi.BakuPost

OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...