Paşinyan formaca dəyişən, ancaq mahiyyət etibarı ilə eyni fikirləri təkrarlayır-ekspert

Paşinyan formaca dəyişən, ancaq mahiyyət etibarı ilə eyni fikirləri təkrarlayır-ekspert
"Sadəcə, Ermənistan baş naziri əvvəllər dediyi fikrinin formasını dəyişib, mahiyyət etibarı ilə yenə də Qarabağdakı separatçıların müstəqil subyekt olaraq konfliktin çözümündə iştirakı iddiasını ortaya qoyur”

Sfera.az-a açıqlamasında bu sözləri İranda səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə toxunarkən hökumətinin əsas prioritetlərindən birinin Qarabağın "subyektliyinin səviyyəsinin” artırılması olduğuna dair səsləndirdiyi fikri dəyərləndirərkən politoloq Natiq Miri deyib:
 
"Əsas prioritetlərinin Qarabağın " subyektliyinin səviyyəsini” artırmaq olduğunu deyən Nikol Paşinyanın həmin fikri ilk dönəmlərdə bu istiqamətdə açıqladığı sözlərinin davamı olaraq dəyərləndirilməlidir. Yəni Paşinyan hakimiyyətə gələr-gəlməz qondarma  Dağlıq Qarabağ rejiminin prosesdə müstəqil subyekt olaraq iştirakı təklifini verib. Bu mənada İranda verdiyi həmin açıqlama da növbəti dəfə həmin firkin təkrarıdır. Burada subyektliyin yüksəldilməsindən söhbət gedirsə, deməli məsuliyyəti bilavasitə Dağlıq Qarabağ rejiminin üstünə atmaqla onun müstəqil tərəf olaraq prosesdə iştirakını istəyir. Bu da bir tərəfdən, Paşinyanın münaqişə ilə bağlı məsuliyyətdən qaçması kimi dəyərləndirilirsə, digər tərəfdən həm də sözügedən bölgədəki separatçı rejimin həm də müstəqil subyekt olaraq tərəf kimi prosesdə iştirakını təmin etməklə dolayısı ilə siyasi anlamda Dağlıq Qarabağın "müstəqilliyinə” yol açmaq istəyirlər. Çünki belə bir hadisənin yaşanması de-fakto müstəqil subyekt olaraq Dağlıq Qarabağın prosesdə iştirakı demək olacaq. Ona görə də Paşinyanın həmin fikrində yeni heç nə yoxdur. Sadəcə dediyi firkin forması dəyişib, mahiyyət etibarı ilə yenə də Qarabağdakı separatçıların müstəqil subyekt olaraq konfliktin çözümündə iştirakı iddiasını ortaya qoyurlar”.

Qeyd edək ki, Paşinyan fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyinin anons edib. Amma Paşinyan əlavə edib ki, bu görüşdə "gündəm olmayacaq”.
Paşinyan diplomatik formada, amma əvvəlki tək həyasızcasına onu da bildirib ki, hökumətin əsas prioritetlərindən biri Qarabağın "subyektliyinin səviyyəsinin artırılmasıdır”.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...