“PAŞA Bank” əlverişli şərtlərlə biznes krediti və ekspert təcrübəsi ilə xidmətinizdə

“PAŞA Bank” əlverişli şərtlərlə biznes krediti və ekspert təcrübəsi ilə xidmətinizdə
Ölkənin aparıcı korporativ bankı olan "PAŞA Bank” ASC yerli bazarda lider mövqeyini qoruyub saxlayaraq bizneslərin inkişafını dəstəkləməyi, bununla da ölkə iqtisadiyyatının tərəqqisinə töhfə verməyi hədəfləyir.

Fəaliyyətində dayanıqlı tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verən Bankımız kredit məhsulları və ekspert təcrübəsi ilə xidmətinizdədir.

Belə ki, etibarlı maliyyə tərəfdaşınız "PAŞA Bank” ASC tərəfindən maliyyə ehtiyaclarınızdan asılı olaraq 200 000 manatdan 50 000 000 manata qədər biznes kreditləri 5-16 % ilə 12-120 ay müddətinə verilir.

Təminat razılaşdırma yolu ilə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə təmin edilə bilər.

Onu da nəzərinizə çatdırırıq ki, İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə faiz subsidiyası da təklif oluna bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs vasitəsi ilə uzun müddətli və daha az faizli kreditlər təqdim edilə bilər.

Kredit məhsulu haqqında daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...