KXDP nüvə silahından imtina edə bilər-Hanoy görüşü buna ümidləri artırıb

KXDP nüvə silahından imtina edə bilər-Hanoy görüşü buna ümidləri artırıb
"Trampla Kim Çen In arasında olacaq növbəti görüşdə hətta iki tərəf arasında hansısa bir müqavilə də imzalana bilər”

Sfera.az-a açıqlamasında bu sözləri ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında Vyetnamın paytaxtı Hanoyda baş tutan görüşü dəyərləndirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Ekspertin sözlərinə görə, bu görüşdən sonra müəyyən gözlənti və istəklərin reallaşması müqabilində Pxenyanın nüvə silahından imtina edəcəyinə olan ümidlər də artıb: 
 
"ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında Xanoyda keçirilən çörüş pozitiv olub.  Onlar arasında yaşanan problemlər görüşlər vasitəsilə zaman-zaman aradan qaldırılır.  Düşünürəm ki, iki ölkə rəhbəri arasında olacaq növbəti görüşdə hər hansı bir müqavilə də imzalana bilər. Həmin müqavilə əsasında da Şimali Koreya nüvə silahından imtina edə bilər. Bunun əvəzində isə Şimali Koreyanın Qərbdən müəyyən gözlənti və istəkləri var. İstəklərinin yerinə yetirilməsi qarşılığında Pxenyan bəlkə də nüvə silahından imtina edə bilər. Bunun üçün də danışıqlar müsbət atmosferada davam etməlidir. Prosesdə hələlik məhz bu istiqamətdə gedir. Danışıqların müsbət nəticələnməsi qonşu Cənubi Koreya və Yaponiya üçün də xeyirlidir. Çünki hər zaman onlar Şimali Koreyadan özləri üçün təhlükə hiss edirdilər. Hər halda Xanoyda baş tutan bu görüş Şimali Koreyanın əvvəllər həyata keçirdiyi təhlükəli tendensiyalardan uzaqlaşmağa doğru istiqamətləndiyinə bir işarədir. Ümumiyyətlə, bu sayaq görüşlərin sayı artdıqca təhlükələr də arxada qalır. Artıq Şimali Koreya lideri də anlayır ki, nüvə silahından imtina etməyin zamanı yetişir”.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda təkbətək görüş keçirilib. Görüş 30 dəqiqə çəkib. Ardınca iki ölkə lideri bir neçə saat davam edəcək geniştərkibli danışıqlara başlayıblar. Bu onlar arasında baş tutan ikinci belə görüşdür. Hansı ki, həmin görüş dünya ictimaiyyətinin böyük diqqət mərkəzindədir. Bəşəriyyət bu görüşlərin nəhayət müsbət impuls verəcəyinə ümid edir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...