İmişlidə yanacaqdoldurma məntəqəsində işləyir, ulduz futbolçularla oynayacaq
İdman
17:35 / 27.02.2019
2667
İmişlidə yanacaqdoldurma məntəqəsində işləyir, ulduz futbolçularla oynayacaq İmişlidə yanacaqdoldurma məntəqəsində işləyir, ulduz futbolçularla oynayacaq
Avropa Liqasının final matçı ilə əlaqədar Bakıda "Ulduzlar finalı” təşkil olunacaq.
Eydur Qudyonssen, Deko, Nihat Kahveci, İrji Dudek, Revaz Arveladze, Mikael Essyen, Arşavin kimi ulduzlar yerli futbol veteranlarımızdan Vəli Qasımov, Nazim Süleymanovun da olduğu komanda ilə qarşılaşacaq.
Hər komandada 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.
Veteran futbolçularla yanaşı, yerli komandanın heyətinə 2 oyunçu azarkeşlər arasından müsabiqə yolu ilə seçiləcək. Avroliqanın finalına həsr olunmuş "İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov "böyük oyun”da media nümayəndələrini təmsil edəcək. "Ulduzlar finalı”nda qapımızı Region Liqasında çıxış edən "Füzuli” komandasının qolkiperi, İmişlidə yanacaqdoldurma məntəqəsində çalışan Şöhlət Rəhimov qoruyacaq. Şöhlət ötən il Region Liqasında mövsümün ən yaxşı qapıçısı seçilib.
Martın 3-dəki qarşılaşma öncədən nəzərdə tutulduğu kimi 12:30-da başlamayacaq. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunacaq möhtəşəm oyun 11:00-da start götürəcək.Yenicag