Üçüncü Dünya müharibəsi başlayıb: Şok iddia

Üçüncü Dünya müharibəsi başlayıb: Şok iddia
Pakistan Hindistanın iki təyyarəsini vurdu

Hindistan ordusu Pakistan aviasiyası ilə döyüşdə bir MiQ-21 təyyarəsi itirib.

Bu barədə  Hindistan Xarici İşlər Nazirliyinin təmsilçisi Raviş Kumar bildirib.

Pakistan tərəfi isə Hindistanın iki təyyarəsini vurması barədə video paylaşıb. Pakistan tərəfinin yaydığı videoda Hinidstan ordusuna məxsus pilotun əsir götürüldüyü bildirir. Hindistan ordusunun pilotu olduğunu bildirən adam adının Abhinandan olduğunu vurğulayır.    

"Hava döyüşündə biz bir MiQ-21 itirdik, pilot itkin düşüb. Öz növbəsində, Pakistan tərəfi bildirir ki, o, əsir götürülüb. Biz bu məlumatları  diqləşdiririk", - deyə Kumar vurğulayıb. Onun sözlərinə görə, Hindistan ordusunun MiQ-21 təyyarəsi isə Pakistana məxsus bir ədəd səsdən sürətli qırıcı vurub.
Hindistan mətbuatı    Üçüncü Dünya müharibəsinin başlandığını elan edib. Bu iddia hər iki ölkə qəzetlərinin manşetlərini bəzəyir.

OXŞAR XƏBƏRLƏR