Rəsmi Tiflisin Azərbaycandan istəyi nədir?- ekspert açıqladı

Rəsmi Tiflisin Azərbaycandan istəyi nədir?- ekspert açıqladı
"Ənənəvi səfərdir. Azərbaycanla münasibətlərin yüksək səviyyədə olması Tiflisin maraqlarına cavab verir”

Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvilinin Bakıya rəsmi səfərə gəlməsi və bu fonda aparılacaq müzakirələr barədə fikirlərini bölüşərkən politoloq İlqar Vəlizadə deyib:  
 
"Adətən Gürcüstan rəhbərləri seçkilərədn sonra ilk səfərlərini məhz qonşu ölkələrə edir. Bu mənada da Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin Bakıya olan səfəri adi haldır. Azərbaycanla Gürcüstanı birləşdirən bir çox məsələlər var. Onlar içərisində  enerji və nəqliyyat layihələri mühüm yer tutur. Eyni zamanda, ikitərəfli münasibətlərin regional aspekti də çox mühümdür. Digər ölkələr də belə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Xüsusən də Türkiyə. Son zamanlar regionda hətta İranın da iştirakı olmaqla dördtərəfli format da yaranıb. Türkiyə, İran və Mərkəzi Asiya ölkələri bu formatların inkişafında maraqlıdır. Ona görə də Azərbaycanla münasibətlərin yüksək səviyyədə olması Tiflisin də əsas maraqlarına cavab verir. 
Lakin son vaxtlar  ermənipərəst siyasətçilər və yerli erməni diasporanın "aktivliyi” nəticəsində Tiflislə Bakı arasındakı ikitərəfli münasibtlərə müəyyən neqativ çalarlar gətirməyə çalışan qüvvələr var. Məlum büst hadisəsi, Zurabişvilinin özünün prezident seçkiləri ərəfəsi bəzi müəmmalı açıqlamaları, ola bilsin onun
fikirləri təhrif olunub, bütün hallarda həmin olaylar ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə yönəlib. Düşünürəm ki, Zurabişvilinin səfəri çərçivəsində bu kimi məqamlara da aydınlıq gətiriləcək. Bu mənfi hallar yaxın müddətdə aradan qaldırılsa, yaxşı olar. Çünki onların mövcudluğu hər iki ölkə və xalqlar arasındakı münasibətlərə heç də yaxşı təsir bağışlamır. Bütün hallarda təxribat üçün zəmin yaradır”. 
 
Ekspert onu da vurğuladı ki, səfərin gedişində Tiflisin Azərbaycandan aldığı qazın qiymətinə yenidən baxmaq istəyilə bağlı son zamanlar səslənən məsələnin müzakirəsi isə gözlənilmir: 
 
"Bu səfər gedişində Azərbaycandan göndərilən qazın qiyməti məsələsi müzakirə edilməyəcək. Həmin məsələlərin həlli Gürcüstanda baş nazirin səlahiyyətinə daxildir. Bu məsələ Zurabişvilinin işi deyil. Qazın qiyməti məsələsi iki ölkənin yüksək səviyyəli münasibətlərində gündəmdə olmayan məsələdir. Bu iş SOCAR-la Gürcüstanın aidiyyatı orqanları arasında tənzimlənə bilər. Ona görə də Zurabişvilinin bu məsələni qaldıracağına inanmıram”. 
 
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri başlayıb. Gürcüstan prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb. Bu xanım prezidentin dövlət başçısı seçildikdən sonra xaricə ilk səfəridir. Səfər çərçivəsində bir sıra mühüm məsələlərin müzakirə ediləcəyi gözlənilr. Onu da xatırladaq ki, son zamanlar Tiflis tərəfindən Azərbaycanla münasibətlərə xələl gətirəcək bəzi neqativ addımlar atılıb. Həmçinin, Tiflis Azərbaycandan aldığı qazın qiymətinin ucuzlaşdırılmasını istəyir. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...