Bank Respublika gənclərə təcrübə keçmək imkanı yaradır

Təcrübə proqramında iştirak etmək üçün müxtəlif universitetlərdə təhsil alan 1200-dən çox iştirakçı tərəfindən müraciət qəbul olunmuşdur. Aparılan testlər nəticəsində ən savadlı 32 gənc "Qış Təcrübə Proqramı”nda iştirak etmək imkanı qazanıb.
3 ay davam edəcək təcrübə müddətində iştirakçılar Bankın Baş ofisində və filiallarında bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.
Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, Bank Respublika bundan öncə də gənclər üçün "Yay Təcrübə Proqramı” həyata keçirmişdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebooksəhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.