8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlandı

8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlandı
Şabran rayonunda antibiotik iynə vurulması nəticəsində vəfat edən 8 yaşlı uşağın ölümü ilə bağlı cinayət işinə başlanılıb.

"Report"un Şimal bürosuna Şabran Rayon Prokurorluğundan bildirilib ki, Şabran rayon sakini, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın ölüm faktına görə Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


OXŞAR XƏBƏRLƏR