Rusiya Ermənistan üzərindən dünyaya silah satır: Fakt

Rusiya Ermənistan üzərindən dünyaya silah satır: Fakt
Rusiyanın bir çox ölkələrə satdığı silahlar Ermənistan üzərindən həyata keçirilir.
 
Sfera.az xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə 2018-ci ildə Ermənistandan Konqoya 2 milyon dollarlıq silah sursat satılıb.
 
Ermənistan faktiki olaraq silah istehsalçısı deyil, satılan silahlar da Rusiya istehsalı olan müasir silahlardır. Həmçinin erməni mətbuatı 2018-ci ildə ümumilikdə  Suriyaya  11 milyon dollarlıq silah satdığını açıqlayıb. Bu statistikaya baxdıqda Ermənistanda bir neçə iri silah zavodunun olması zəruri idi. Ancaq erməni mətbuatı bu silahlar haradan gəldiyini qeyd etməyib.
 
Mətbuatın iddiasına görə erməni tərəfi 2018-ci ildə ümumilikdə 34 milyon dollarlıq silah satıb.


OXŞAR XƏBƏRLƏR