"AtaBank" rəsmi internet səhifəsini yenilədi - VİDEO

"AtaBank” ASC tam yenilənmiş saytını müştərilərinin istifadəsinə təqdim edib.

Sayta daxil olaraq hüquqi və fiziki şəxslərə təqdim edilən bütün xidmətlər barəsində məlumat əldə edə bilməklə yanaşı müştərilər plastik kart, səfirliyə təqdim etmək üçün arayış və kredit sifarişlərini, kommunal və kredit ödənişlərini onlayn həyata keçirə bilərlər. Bundan əlavə saytda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tələb olunan hesabatlar, İ-Map, bankın maliyyə göstəriciləri öz əksini tapıb. Əvvəlki versiyadan fərqli olaraq yenilənmiş saytdan bankın İnternet və Mobil Bank xidmətinə asanlıqla keçmək, həmçinin ən yaxında yerləşən filial və ATM-lər haqqında məlumat əldə etmək olar.

Ən əsası isə sayta daxil olub 136 Qaynar xətt düyməsini seçərək istənilən sosial şəbəkə, whatsApp, telegram, sayt üzərində mövcud olan mesencer vasitəsi ilə dərhal bank ilə əlaqə yaratmaq mümkündür.

 

"AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru Oruc İbrahimov bildirdi ki, müştərilərin bütün istəkləri və beynəlxalq standartlar nəzərə alınaraq sayt tamami ilə yenilənib. Daha müasir üslubda hazırlanan sayt ən xırda məqamları belə nəzərə almaqla müştərilərin asanlıqla istifadə edə bilmələri üçün olduqca rahat tərtib edilib.

Bankın yeni internet səhifəsi ilə tanış olub onun imkanlarından yararlanmaq istəyənlər www.atabank.com saytını ziyarət edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...