Pakistan Hindistan savaşı daha da şiddətləndi:İki təyyarə məhv edildi - Video

Dünya
11:42 / 27.02.2019
3040
Pakistan və Hindistan arasında müharibə getdikcə daha da şiddətlənir.
Sfera.az xəbər verir ki, gecə Pakistan Hərbi Hava Qüvvələri Hindistana məxsus iki təyyarəni vurub. Məlumata görə, Hindistan təyyarələri ölkənin hava məkanını pozub.
Məlumatı Pakistan silahlı qüvvələrinin mətbuat katibi general-mayor Asif Qafur təsdiqləyib. Xəbərdə bildirilir ki, Kəşmirin hava məkanına daxil olan zaman vurulan təyyarələrdən birinin pilotu katapult edib. Hadisə zamanı ölən və yaralanlar barədə ətraflı məlumat verilməyib.