Bezdirici mesajlara son qoyuldu - VİDEO

Bezdirici mesajlara son qoyuldu -  VİDEO

Reklam mesajları sizi bezdirməyəcək

Uzun müddətdir cəmiyyəti narahat edən məsələ - mobil telefonlarınıza gələn çoxsaylı reklam mesajları artıq sizi bezdirməyəcək. Bununla bağlı qəbul edilmiş qanun qüvvəyə minib. Amma bu qanunun mobil telefon istifadəçilərini müdafiə etməsi üçün onların özlərinin üzərinə də müəyyən mənada məsuliyyət düşür. Bununla bağlı ekspertlərin müəyyən məsləhətləri var.

Amma artıq mobil telefonlarınıza reklam xarakterli SMS-lərin gəlməsi ilə bağlı narahatçılıq üçün heç bir əsas olmayacaq. Qüvvəyə minmiş ''Reklam haqqında'' yeni qanunla Azərbaycanda SMS-reklamlar məhdudlaşdırılıb.

Bu halda isə vətəndaş öz hüquqlarını bərpa etmək üçün İqtisadiyyat və Sənayə Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət edə bilərlər. Bu qurumlarda lazımi nəticə alınmasa, vətəndaşlar ən son instansiya kimi məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Ekspertlər vətəndaşları bu cür neqativ hallardan sığortalanmaq üçün bəzi məqamlarda xüsusilə diqqətli olmağı məsləhət görürlər.  //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR