3 cərimə balı və 40 manat - DİQQƏT - VİDEO

3 cərimə balı və 40 manat - DİQQƏT -  VİDEO

Nizamlanmayan yol ayrıcları

Sfera.az xezertv-ye istinadən xeber verir ki, Son 6 ay ərzində yol ayrıclarında ümumilikdə 99 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 33 nəfər ölüb, 135 nəfər isə yaralanıb. Üstəlik, bu qəzaların əksəriyyəti nizamlanmayan yol ayrıclarında baş verib. Bu məsələ isə bu cür yol ayrıclarında nişanların quraşdırılması məsələsini aktuallaşdırıb. Bəs yol hərəkəti haqqında qanunda bu necə tənzimlənir və bu qaydaları pozan sürücüləri hansı cəza gözləyir?

Nizamlanmayan yol ayrıcında bəzi nişanlar quraşdırılmadığından qəzaların baş verməsi də qaçılmaz olur

Bəzi sürücülər belə yollara daxil olduqda qaydalara əməl etmirlər və nəticədə də qəza baş verir. Bu məsələ nizamlanmayan yol ayrıclarında da əlavə nişanların quraşdırılmasını gündəmə gətirir.

Ekspertlər hesab edirlər ki, yol ayrıclarında nişanların olmaması qəzalarla yanaşı, tıxacların da yaranmasına səbəb olur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, "Yol hərəkəti haqqında" qanuna görə, bütün yol ayrıcılarında "Yol verin", "Üstünlük" və "Dayanmadan keçmək qadağandır" kimi nişanlar quraşdırılmalıdır.

Bəs nizamlanmayan yol ayrıclarında nişanlar quraşdırılmayıbsa, sürücülər qaydalara necə əməl etməlidirlər?

Bu qaydalara əməl etməyən sürücülər, barələrində 3 cərimə balı tətbiq olunmaqla 40 manat məbləğində cərimələnirlər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR