Rusiyada qan donduran qəza: Sürücü maşını uşaq arabasına çırpdı - VİDEO
Cəmiyyət
04:37 / 28.07.2015
1833
Rusiyanın Sverdlovsk vilayətinin Lesnoy şəhərində “Volkswagen Polo” avtomobilinin sürücüsü yolu üç uşağı ilə qaçaraq keçən kişini vurub.
Oxu.Az Life News-a istinadən xəbər verir ki, qəzanın qurbanı üç uşaq olub. Ata yolu keçərkən iki azyaşlı əkizləri uşaq arabasında aparıb və üçüncü uşağın əlindən tutubmuş.
Qəza şəhərin mərkəzində baş verib. 20 yaşlı sürücü piyada keçidinin yaxınlığında piyadaları vurub.
Ailə geniş hərəkət yolunu keçid üçün icazə olmayan yerdən keçirmiş. Faktiki olaraq valideynlər yalnız özlərini deyil, eləcə də öz uşaqlarını riskə atıblar. Sürətlə gələn maşını görən ana maşını buraxmaq üçün dayanıb, ata isə əksinə yolu keçməyə çalışıb.
O, iki yaşı olan əkizlərin oturduğu arabanı apararaq, üç yaşlı digər oğlunun əlindən tutmuşdu. Amma yolu keçə bilmədi, maşın uşaq arabası ilə toqquşdu. Alınan zərbədən körpələr arabadan 10 metr uzağa düşüblər.
Onlar çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Uşaqlardan biri mürəkkəb çanaq sınığı travması alıb, ona indiyə qədər tibbi yardım göstərilir.
Yekaterinburqun YHTDM-də (Yol hərəkəti təhlükəsizliyi dövlət müfəttişliyi) sürücünün piyadaları gördükdə əyləcə basmadığı qeyd edilib.
“O, akseleratorun pedalını basaraq sağ sıraya keçib. Bu sahədə sürət məhdudiyyətinə baxmayaraq, toqquşma zamanı spidometrdə 74 km/s göstərilir, həmin ərazidə isə icazə verilən sürət həddi 40 km/s-dır. O, ailənin yanından keçməyə çalışıb, qəzadan sonra isə çıxaraq maşına baxıb. Hadisənin araşdırılmasını vilayət YHTDM-nin rəhbərliyi öz üzərinə götürüb” - Sverdlovsk vilayətinin YHTDM-nin təbliğat üzrə inspektoru Yevgeni Belinski bildirib.