"Sevgilim ölüb" deyərək, klubunu aldatdı

Maraqlıdı ki, futbolçu oyunöncəsi rəhbərlikdən icazə istəyib. "Sevgilim avtomobil qəzasında vəfat edib" deyən 26 yaşlı yarımmüdafiəçi Norveçə getməyə çalışıb.

"Ərzurumspor"un futbolçusu Rəşad Muhammed klub rəhbərliyini aldadıb. Ərzurum təmsilçisinin fransalı oyunçusu fevralın 17-də "Sivasspor"la çempionat oyununda iştirak etmək istəməyib.

Maraqlıdı ki, futbolçu oyunöncəsi rəhbərlikdən icazə istəyib. "Sevgilim avtomobil qəzasında vəfat edib" deyən 26 yaşlı yarımmüdafiəçi Norveçə getməyə çalışıb.

Lakin onun sevgilisi Martine Frekriksen tvitter hesabı vasitəsilə oyunçunun yalanını üzə çıxarıb. O, Rəşadın eyni anda başqa bir qızla da sevgili olduğunu öyrəndikdən sonra ayrılmaq qərarına gəlib: "Həm mən, həm də Linn Kristine ondan ayrıldıq. Hər ikimiz qərarımızı Rəşada demişik. Mənə "ölmüsənmi?" deyə çox sayda mesajlar gəlir. Necə yalan danışıbsa, baş məşqçisi Mehmet Özdilək də ona inanıb. Rəşad mənim öldüyümü deməklə həm "Ərzurumspor"u, həm də bütün Türkiyəni aldadıb".

Qeyd edək ki, "Ərzurumspor"un 4:2 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin oyunçuları vurulan bir qoldan sonra Rəşad Muhammedə tərəf qaçaraq, ona təsəlli verməyə çalışmışdılar.Matc

OXŞAR XƏBƏRLƏR